Modern.az

Homoseksual dünya siyasətçiləri – SİYAHI

Homoseksual dünya siyasətçiləri – SİYAHI

19 Avqust 2014, 09:20

 

Uzun illər diskriminasiyaya uğrayan cinsi azlıq nümayəndələri müasir liberal cəmiyyətdə hüquq bərabərliyinə nail olublar. Əksər Qərb ölkələrində homoseksuallar siyasət meydanında da uğur qazana biliblər.

Modern.az ayrı-ayır ölkələrdə uğurlu siyasi karyera quran və hətta dövlət başçısı olan cinsi azlıq nümayəndələrini təqdim edir. 


Yohanna Siqurdardottir – 2009-cu ildə İslandiyanın baş nazir seçilən xanım siyasətçidir. İlk nikahından 2 doğma, 1 ögey övladı olan Yohanna ərindən ayrıldıqdan sonra öz meylini həmcinslərinə salıb. O 2002-ci ildə həmcinsi, jurnalist Yonina Leosdottirlə vətəndaş nikahına daxil olublar. 2009-cu ildə baş nazir seçildikdən sonra Yohanna Siqurdardottir İslandiya parlamentinin eynicinsli nikahları leqallaşdırmasına nail oldu. Bundan 2 həftə sonra 2010-cu il iyunun 27-də o, Yonina Leosdottirlə rəsmi nikaha daxil oldu. 2013-cü il mayın 10-da Yohanna Siqurdardottir öz postunu tərk edib.  


Elio Di Rupo – 2011-ci il dekabrın 6-dan Belçika baş naziri səlahiyyətlərini icra edir. İlk dəfə 1991-ci ildə öz homoseksuallığın elan edən Rupo buna görə dəfələrlə ölümlə hədələnib. O 2014-cü il mayın 26-da Belçika kralına istefa ərizəsi ilə müraciət edib və yeni hökumət formalaşana qədər baş nazir postunda qalır.    

Ksavye Bettel – 2013-cü il dekabrın 4-dən Lüksemburqun baş naziridir. Uzun illərdir ki, partnyoru, belçikalı memar Desteney Qotye ilə vətəndaş nikahında yaşayan siyasətçi qısa müddətdə eynicinsli nikahların leqallaşdırılmasına nail olub. O, homoseksual olmağı ilə fəxr etdiyin bildirib. 

Bertran Delano – 2001-ci ildən bəri 13 il ərzində Paris şəhərinin meri olub. İlk dəfə 1998-ci ildə televiziya müsahiblərinin birində gey olduğunu etiraf edən Delano 2001-ci ildə mer seçildikdən sonra Parisdə illik gey-paradlar keçirməyə başladı. 2002-ci ildə belə paradların birində homofob cinayətkar Delanoya bıçaq xəsarəti yetirmişdi Lakin xəsarətlər yüngül olduğu üçün mer 2 gündən sonra yenidən səlahiyyətlərinin icrasına başlamışdı. Onun Paris meri kimi fəaliyyəti 2014-cü il aprelin 5-də başa çatıb.  


Klaus Voverayt – 2001-ci ildən Berlin şəhərinin meridir. O 1993-cü ildən neyrocərrah Yorn Kibutski ilə evlidir. Merlik uğrunda mübarizə aparan zaman “mən geyəm və bu əladır” deməklə bütün Almaniyada populyarlıq qazanmışdı. 60 yaşlı Voverayt bu gün də mer funksiyalarını icra etməkdə davam edir.

    

Qido Vestervelle – 2009-cu ildə Almaniya Federativ Respublikasının Xarici İşlər naziri təyin olunub. 2010-cu il sentyabrın 17-də o öz sevgilisi, idman meneceri Mixael Mronçla nikaha daxil olub. Bonn şəhərinin şəhər administrasiyasında keçirilən mərasimdə bir çox tanınmış siyasətçilər iştirak ediblər. Vestrervelleni homoseksual nikahı ilə bağlı ilk olaraq kansler Angela Merkel təbrik etmişdi. Qido Vestervelle 2013-cü il dekabrın 17-də vəzifəsindən ayrılıb.

 

Bent Xöye – 2013-cü ildən Norveçin Səhiyyə naziri olan Xöye reklam agentliyini rəhbəri olan Daq Terye Solvanqla evlidir. Norveçli nazir öz homoseksuallığın heç zaman gizlətməyib. O 2014-cü il Soçi Qış Olimpiya Oyunları keçirilən zaman Norveçi təmsil edən nümayəndə heyətinin başında idi. Rusiyadakı antigey qanunlarına etiraz edən Bent Xöye iki kişidən ibarət cütlüklərinin xoşbəxt olduğunu bildirmişdi. Homoseksual nazir hazırda da öz səlahiyyətlərini icra etməkdə davam edir.  


Qlenn Mürrey 1998-2004-cü illərdə Kanadanın Vinnipeq şəhərinin meri olub. Şimali Amerika şəhərlərində mer seçilən ilk açıq gey məhz Qlenn Mürrey sayılır. 90-cı illərin əvvəllərindən gey olduğu məlum olan siyasətçi öz partnyoru ilə birlikdə övladlığa uşaq da götürmüşdü. 6 illik mer fəaliyyəti dövründə Mürrey Vinnipeqdə homofobiyaya qarşı mübarizə aparmış və LGBT təşkilatlarına fəaliyyət sərbəstliyi vermişdi.   

 

Ketlin Vinn – 2013-cü il yanvarın 26-dan Kanadanın Ontario vilayətinin baş nazir və Liberal Partiyasının sədri seçilib. Daimi partnyoru olmasa da, Vinn uzun illərdir ki, öz lezbiyan meyllərini gizlətmir. “Lezbiyan seçkilərdə qalib gələ bilər. 2003-cü ildə seçkilərdə iştirak edəndə mənə dedilər ki. Ontario lezbiyan baş nazirə hazır deyil. Lakin görünən odur ki. insanlar buna hazırdırlar”, - deyə Vinn seçkisonrası çıxışında bildirmişdi. Lezbiyan baş nazir bu gün də baş nazir kimi Ontario vilayətində bir nömrəli vəzifə sahibidir.

 

Fred Karger - 2012-ci il seçkilərində Respublikaçılar partiyası adından öz namizədliyini irəli sürmüşdü. Karger ABŞ tarixində ilk açıq homoseksual prezidentliyə namizəd kimi düşmüşdü. Respublimaıların digər namizədi Mitt Romniyə daxili mübarizəni uduzsa da 62 yaşlı Kargget əsas məqsədinə nail olduğnu söğyləmişldi. “Mən 30 il ərzində öz oriyentasiyanı gizlətmişəm və yaxınlarıma yalan danışmışam. Amma hesab edirəm ki. bu belə olmamalıdır və LGBT üzvləri digər vətəndaşlarla eyni hüquqa malik olmalıdır”, - deyə o fikirlərini ifadə edirdi.

Vüqar İsmayılov         

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir