Modern.az

“Allahla müqavilə bağlamışam” – işindən şikayətçi olmayan mürdəşirin birgünlük həyatı

“Allahla müqavilə bağlamışam” – işindən şikayətçi olmayan mürdəşirin birgünlük həyatı

Reportaj

19 Avqust 2014, 10:40

Ayrı-ayrılıqda qəbiristanlıqda çalışan və meyit yuyan insanlar haqda Azərbaycan mediasında yetərincə çoxlu yazılar dərc olunub. Lakin Modern.az-ın Mehr agentliyindən yararlanaraq təqdim etdiyi bu fotolar daha təsirli və yaddaqalandır.

“Sabahımızın keşikçisi” adlı bu fotosilsilə gündəlik həyatda rastlaşdığımız, əməyinə və işlədiyi sahəyə köntoy baxdığımız və hətta açıq deyək, bəzi hallarda iyrəndiyimiz sıradan bir insandır. Səs-küylü şəhər həyatında kütlə içində görünməz adam – Seyfi. O, hər gün Sari şəhərindəki “Beheşte Rezayi” qəbiristanlığına yollanır, “af-uf” demədən gündəlik işi ilə məşğul olur və hər axşam evinə qayıdaraq ailənin ümumi qayğılarını və sevincindən özünə düşən payı götürür.

15 illik işindən əsla narazılıq etməyən Seyfiyə məşğuliyyəti ilə bağlı sual verdikdə isə daim eyni cümləni təkrarlayır: “Mən Allahla müqavilə bağlamışam”.

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!