Modern.az

ABŞ iranlı nüvə aliminə 5 milyon dollar təklif edib

ABŞ iranlı nüvə aliminə 5 milyon dollar təklif edib

15 İyul 2010, 13:22

İranlı nüvə alimi Şəhram Amiri ABŞ-dan Tehrana qayıdıb. Alim bir il əvvəl Səudiyyə Ərəbistanında Amerikanın xüsusi xidmət orqanları tərəfindən oğurlandığını iddia edir.

Amirini hava limanında oğlu və həyat yoldaşı qarşılayıb. Jurnalistlərə açıqlamasında alim bildirib ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi üçün «güclü psixoloji təzyiq»ə məruz qalıb.

«Washington Post» qəzeti adının açıqlanmasını istəməyən amerikalı məmura istinala iranlı alimə əməkdaşlıq üçün 5 milyon dollardan artıq pul təklif edildiyini yazıb.

ABŞ Dövlət katibi Hillari Klinton isə bildirib ki, Amiri ABŞ-a şəxsi iradəsi ilə gəlib və ona ölkəni tərk etməyə heç kim mane olmayıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə