Modern.az

Rusiya separatçı rejimi “Yeni SSRİ” üçün dövriyyəyə buraxdı: Qazaxıstan və Belarusa müraciət edildi

Rusiya separatçı rejimi “Yeni SSRİ” üçün dövriyyəyə buraxdı: Qazaxıstan və Belarusa müraciət edildi

22 Avqust 2014, 09:40

Gürcüstan ərazilərində yaradılmış separatçı Abxaziya rejimi Avrasiya İqtisadi Birliyinə girmək niyyətindədir.

Modern.az saytı gürcü mənbələrinə istinadla xəbər verir ki, bu barədə qondarma qurumun istəyini separatçı rejimin “prezident” səlahiyyətlərini müvəqqəti  icra edən Valeri Bqanba dilə gətirib.

O, bunun üçün Avrasiya İttifaqında təmsil olunan Qazaxıstan və Belarusdan da separatçı rejimin “müstəqilliyini” tanımağı xahiş edib.

Abxaziya separatçılarının müvəqqəti lideri bununla bağlı  Qazaxıstan prezidenti Nursultan Nazarbayevə və Belarus dövlət başçısı Aleksandr Lukaşenkoya məktubla müraciət edib.

Müraciətdə bildirilib ki, Abxaziya “respublikası” ilə Qazaxıstan və Belarus arasında əlaqələr genişlənməlidir və separatçı rejim bun fonda Rusiyanın yaratdığı Avrasiya İttifaqı ilə bağlı prosesləri müşahidə edir. Valeri Bqanba qeyd edib ki, Qazaxıstan və Belarus separatçı rejimin  “müstəqilliyini” tanıyarsa, o zaman təmsil etdiyi “respublika” Avrasiya İttifaqına girə bilər.

Qeyd edək ki, bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi Birliyinin yaradılması haqında sənədə imza atıblar. Analitiklər isə düşünür ki, Rusiya MDB məkanındakı dövlətlərlə yanaşı, SSRİ-nin bu günə kimi miras qalan bölgədəki separatçı rejimləri  də Avrasiya İttifaqına cəlb edə bilər. Çox güman ki, separatçı Abxaziya Rusiyanln təhriki ilə bu bəyanatla çıxış edib.

Kremlin “Yeni SSRİ” layihəsi hesab olunan Avrasiya Birliyində  Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin də təmsil olunacağı ilə bağlı dəfələrlə iddialar ortaya atılıb.


Aqşin Kərimov


Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər