İranın cənub-qərbindəki Sistan və Belucistan əyalətinin mərkəzi Zahedan şəhərində iki partlayış törədilib. Modern.az-ın məlumatına görə, terror aktı nəticəsində ən azı 20 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb. İRNA agentliyi partlayışın məscid qarşısında cümə namazı vaxtı terrorçu-kamikadze tərəfindən törədildiyini xəbər verib.
Son məlumatlara görə, partlayışa görə məsuliyyəti “Cindullah” silahlı qruplaşması öz üzərinə götürüb. Silahlı qrup uzun müddətdir ki, Sistan və Belucistan vilayətlərində terror aktları həyata keçirib.