Modern.az

"Bakı" və "Qarabağ" qələbə qazandı

"Bakı" və "Qarabağ" qələbə qazandı

Təhsil

16 İyul 2010, 09:47

İyulun 15-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Bakı” klubu Çernoqoriyanın “Buduçnost” komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunun 38-ci dəqiqəsində rəqib oyunçu Fatoş Bekiray hesabı açıb. Qarşılaşmanın 77-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Saşa Kaykut hesabı bərabərləşdirib. Görüşün sonuncu dəqiqəsində Jaba topu rəqib qapısından keçirərək “Bakı”nın qələbəsini rəsmiləşdirib - 2:1. Komandalar arasında cavab görüşü iyulun 22-də keçirəcək. Ağdamın “Qarabağ” klubu isə Avropa Liqası yarışlarında ikinci təsnifat mərhələsinə də qələbə ilə başlayıb. Ağdamlı futbolçular Şimali İrlandiyanın “Portadaun” komandasını rəqibin öz meydançasında 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə çıxmaq üçün yaxşı şans qazanıb. İlk qolu şimaliirlandiyalılar vurublar. Riçard Leki 29-cu dəqiqədə hesabı açıb. “Qarabağ”lı Əfqan İsmayılov 67-ci dəqiqədə hesabı bərabərləşdirib, 86-cı dəqiqədə isə komandamızın qələbə topunu vurub. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə