İyulun 15-də Bak;da Azərbaycan-Mavritaniya sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləziz Birgə bəyannamə imzalayıblar. (AzərTAc) “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mavritaniya İslam Respublikası Ticarət, Ənənəvi Sənaye və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Mavritaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Naha Mint Hamdi Uld Muknass imzalayıb. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında bitkilərin karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Mavritaniya İslam Respublikası Kəndlərin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Mavritaniyanın kəndlərin inkişafı naziri Brahim Uld Mbarek Uld Məhəmməd Əl Moktar imzalayıb. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Mavritaniyanın iqtisadi məsələlər və inkişaf naziri Sidi Uld Tah imzalayıb. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Mavritaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Naha Mint Hamdi Uld Muknass imzalayıb.