Modern.az

Sərkisyandan erməni diasporasına İTTİHAM: “Miqrasiya problemlərinin səbəbi sizsiniz”

Sərkisyandan erməni diasporasına İTTİHAM: “Miqrasiya problemlərinin səbəbi sizsiniz”

24 Avqust 2014, 22:23

 

Ermənistan prezidenti Serj Sərkisyan hər il ölkəni tərk edən ermənilərin sayının çox olmasına təsir edən amillərdən danışıb. Bununla da, Serj Sərkisyan Ermənistanda demoqrafik problemlərin günü-gündən böhran həddinə çatdığını etiraf edib.

Modern.az saytı “Regnum”-a istinadən xəbər verir ki, Ermənistan dövlət başçısı Serj Sərkisyan jurnalistlərlə söhbətində ölkəsinin ciddi miqrasiya problemləri ilə üz-üzə qaldığını vurğulayıb.  

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi və erməni diasporasının Ermənistandakı erməniləri cəlb etməsi ölkədə vəziyyəti pisləşdirir.

“Məsələ ondadır ki, biz az olduğumuza görə miqrasiya problemləri Ermənitana ikiqat pis təsir edir. Diaspora və Qarabağ münaqişəsi isə  Ermənistanı tərk etmək üçün əlavə stimullar yaradır. Maqnit kimi hamını özünə cəlb edən erməni diasporasının mövcudluğu köçün sürətlənməsinə stimul verir.  Əgər ölkəni tərk edənlərdən hara getdiyini soruşsanız, onların Moskvada dostları  və qohumları ilə biznes yaratdığını eşidəcəksiniz. Digər tərəfdən bizdə başa çatmayan müharibə var. Təhlükəsizlik problemləri səbəbindən valideynlər həyəcan keçirirlər”,-deyə S. Sərkisyan söyləyib.  

Qeyd edək ki, Ermənistanın Qarabağ danışıqlarında sərgilədiyi qeyri-konstruktik mövqe, rəsmi Yerevanın işğalçılıq siyasəti bu ölkəni bölgə layihələrindən kənarda qoyur. Nəticədə isə Ermənistanda iqtisadi böhran yaranır, işsizliyin miqyası idarəolunmaz səviyyəyə gəlib çatır.  

Üstəgəl, Ermənistanın Rusiyadan asılılığı da ölkədə ciddi narazılıqlara səbəb olur. Çünki Kremlin hərbi, maliyyə dəstəyi də Ermənistanda əhalinin güzaranının yaxşılaşmasına yardım etmir. 

Statistik məlumatlara görə hər il Ermənistanı təxminən 100 min insan işsizlik və digər sosial problemlər səbəbindən tərk edir.  

Aqşin Kərimov


Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər