Modern.az

Azərbaycanlının olduğu təyyarə Yerevana endi – Vətəndaşımızı ermənilərə vermək istədilər

Azərbaycanlının olduğu təyyarə Yerevana endi – Vətəndaşımızı ermənilərə vermək istədilər

Aktual

26 Avqust 2014, 14:15

Dubaydan Moskva reysi ilə uçan “Aeroflot” aviaşirkətinin təyyarəsi Ermənistanın paytaxtı Yerevanda eniş edib. Modern.az saytı RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan Azərbaycan vətəndaşı olan  sərnişinin sərxoş olması və digər sərnişinlərlə kobud rəftar etməsi olub.

Məlumata görə, təyyarə  Dubaydan  havaya qalxdıqdan bir müddət sonra azərbaycanlı bərk danışmağa, sərnişinlərə sataşmağa başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə təyyarə bələdçiləri  30-35 yaşlarındakı kişinin öhdəsindən gələ bilməyiblər.

Bundan sonra isə təyyarə Yerevana enib və 2 saat yarım orada qalıb. Sərxoş şəxsi Ermənistan hakimiyyətinə təhvil vermək istəsələr də, Yerevan hakimiyyət orqanları bundan imtina edib. Ermənistan polisləri onun əllərini yalnız qandallamaqla kifayətlənib. 

Təyyarənin ekipaj üzvləri hadisə yerinə çağırılan təcili tibbi yardım həkimlərinə həmin adamı sakitləşdirmək üçün ona yuxugətirən iynə vurmağı məsləhət görüblər. Əlləri qandallanan şəxsə iynə vurulub və o yuxuya gedəndən sonra təyyarə Moskvaya uçub.

Azərbaycanlı Moskvada polisə aparılıb.  

Aqşin Kərimov    


Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır