Modern.az

Türkiyə PKK-ya qarşı xüsusi ordu yaradır

Türkiyə PKK-ya qarşı xüsusi ordu yaradır

Təhsil

16 İyul 2010, 15:20

Ərdoğan “biz artıq müdafiə olunmayacağıq, hücema keçəcəyik” deyib Türkiyədə kürd yaraqlıları ilə mübarizə üçün xüsusi peşəkar hərbi bölmə yaradılır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri Vecdi Gönülün sözlərinə görə, adıçəkilən peşəkar bölməyə cəlb olunacaq hərbçilər 10 ilə qədər xidmət edəcəklər. Onların başlıca vəzifəsi İraqla dövlət sərhədinin mühafizəsi olacaq. Məhz bu ərazidən İraqdakı kürd yaraqlı qruplar Türkiyə ərazisinə qarşı terror aktları həyata keçirirlər.   Vecdi Gönül qeyd edib ki, Müdafiə Nazirliyi hazırda bu məsələnin hüquqi aspektləri üzərində iş aparır. Qeyd olunur ki, kürd yaraqlıları ilə mübarizə üçün xüsusi təyinatlı  hərbi bölmənin yaradılması ideyası çoxdan gündəmdədir. Bir çoxları hesab edir ki, nizami ordu bu cür xususi əməliyyatlar aparmaq imkanına malik olmadığından qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilmir.

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğ xüsusi ordu ilə bağlı təkliflər paketini artıq baş nazir Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Baş nazir Ərdoğan dünən məsələ ilə bağlı Başbuğu qəbul edib və onların görüşü iki saatdan çox sürüb.

Silahlı Qüvvələrin Baş Qərargahının hazırladığı plana görə, kürd yaraqlıları ilə müharibəyə gedəcək əsgərlər rütbə almayacaqlar, mütəxəssis hərbçi statusunda vəzifə yerinə yetirəcəklər. Qurulacaq xüsusi ordu antiterror əməliyyatlarını xüsusilə İran və İraq sərhədindəki bölgələrdə həyata keçirəcək və terror təşkilatı PKK ilə öz üsullarıyla döyüşəcək. Xüsusi ordunun əsgərləri 10 il vəzifə başında qalacaq, ən çox da 32 yaşına qədər xidmət edəcəklər. Daha sonra vəzifədən ayrılacaq həmin hərbçilər Baş Qərargahda ya da cəmiyyət quruluşlarında xüsusi işlər görəcəklər. Bu birliklərdə vəzifə alacaq əsgərlərin maaşları isə yüksək olacaq. Əsgərlər xidmət etdikləri hər il üçün də böyük məbləğdə təzminat alacaqlar. Şəhid olduqlarında da ailələrinə böyük təzminat veriləcək. Xüsusi təhlükəsizlik güclərinin yaradılmasına 1-2 ay içində başlanılacağı bildirlir. Əldə edilən məlumata görə, 2011-ci ili sonuna qədər kürd yaraqlıları olan bölgədə 10 min peşəkar türk hərbçisinin vəzifələndirilməsi və onların sayının 2013-cü ilə qədər 20 minə çatdırılması hədəflənir. Baş nazir Ərdoğan “biz artıq terrorçulara qarşı heç vaxt müdafiə mövqey tutmayacaq, hücuma keçəcəyik” deyib. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə