Modern.az

"Ermənistan sülh və sabitliyə nail olunması üçün heç bir razılığa gəlmək istəmir”

"Ermənistan sülh və sabitliyə nail olunması üçün heç bir razılığa gəlmək istəmir”

Təhsil

17 İyul 2010, 18:03

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərinə şübhə ilə yanaşır.
E.Məmmədyarov iyulun 17-də Qazaxıstanda Azərbaycan jurnalistlərinə müsahibəsində deyib: “Şəxsən məndə belə bir təəssürat yaranmışdır ki, Ermənistan sülh və sabitliyə nail olunması üçün heç bir razılığa gəlmək istəmir”.
Nazirin sözlərinə görə, Ermənistan tərəfi guya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istədiyini və bu məsələnin onun üçün vacib olduğunu bəyan edir. Azərbaycan XİN-in başçısı danışıqlar zamanı Ermənistan tərəfinin məntiqini anlamağın çətin olduğunu vurğulayaraq deyib: “Danışıqlar zamanı hansısa məsələyə dair razılığa gəlirik və hesab edirik ki, bu məsələ artıq həll olunmuşdur və digər məsələnin müzakirəsinə keçmək olar. Məsələn, iki görüşdən sonra digər məsələnin müzakirəsi zamanı erməni tərəfi artıq razılaşdırılmış məsələyə yenidən qayıdır. Buna görə də danışıqlar çətinliklə irəliləyir”.
Əvvəl xəbər verildiyi kimi, iyulun 17-də ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyanın görüşü olub. Görüşdə Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.  

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə