Modern.az

Saakaşvili: “Azərbaycan get-gedə çox mühüm regional mərkəzə çevrilir”

Saakaşvili: “Azərbaycan get-gedə çox mühüm regional mərkəzə çevrilir”

Təhsil

19 İyul 2010, 10:15

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri gedişində ikitərəfli əməkdaşlığın genişləndirilməsi sahəsində   konkret razılaşmalar əldə olunub. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan və Gürcüstan prezidentləri keçirdikləri birgə mətbuat konfransında bəyan ediblər.   

Mixail Saakaşvili qeyd edib ki, görüş zamanı nəqliyyat dəhlizinin inkişafına zəmin yaradacaq dəmir yolunin tikintisi müzakirə olunub. Onun sözlərinə görə,  biz  Çindən başlayıb Mərkəzi Asiyadan keçməklə Avropaya çıxışı daha da yaxşı şəkildə təmin edə bilərik. “Biz dəmir yolu xətti layihəsinin həyata keçirilməsində birgə işləyirik. Bu, çox böyük layihədir. Bu dəmir yolu bizim ölkələrin ərazisindən keçməklə Çindən Londona qədər uzana bilər. Bu, hətta Transsibir magistral xəttindən də uzun bir xətt ola bilər. Biz bunu həyata keçirəcəyik”.

Saakaşvli əlavə edib ki,  2012-ci ildə Bakıdan Batumiyə olan avtomobil yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.  Bu, Azərbaycandan Gürcüstan sərhədinə qədər dördzolaqlı avtomagistral yol olacaq və bundan sonra da davam edəcəkdir. “Bu o deməkdir ki, Tbilisinin yanında yerləşən Rustavi şəhərindən çıxış daha da asanlaşacaqdır. Bu şəhərdən o şəhərə getmək üçün sadəcə 18 dəqiqə lazım olacaqdır. Bu avtomobil yolu ilə Azərbaycan sərhədinə çıxış daha da asanlaşacaq, hətta bu yoldan istifadə etməklə İstanbula da getmək mümkün olacaqdır. Bu avtomobil yolunun inşası nəticəsində dincəlmək, istirahət məqsədilə Batumiyə gələn azərbaycanlıların sayı da artacaqdır”-deyə Saakaşvili bildirib.

Prezident vurğulayıb ki, Azərbaycan şirkətlərindən biri Batumi şəhərində yüksək keyfiyyətli mehmanxana tikməyi qərara alıb. “Mehmanxananın tikintisi zamanı yerli vətəndaşların bir çoxu işlə təmin olunacaq, eyni zamanda, şəhərimiz daha da gözəlləşəcəkdir. Yəni şəhərimizin gözəlləşdirilməsində bizim qonşularımız da iştirak edəcəklər”.

Saakaşvili əsası 1993-cü ildən sonra qoyulmuş ikitərəfli əməkdaşlığın inkişafna toxunaraq Azərbaycanın inkişafından məmnun qaldığını deyib.

 

“Azərbaycan get-gedə çox mühüm regional mərkəzə çevrilir. Bu da özlüyündə çox vacib bir amildir. Nəinki Qafqaz regionu, həmçinin Avropa üçün də Azərbaycanın əhəmiyyəti gündən-günə artır. Azərbaycanın dünyada nüfuzu artır. Son illər Azərbaycan dövlətinin başçısının uzaqgörən siyasəti nəticəsində bu ölkənin nüfuzu artmış, eyni zamanda Azərbaycanda bütün sahələrdə irəliyə doğru mühüm addımlar atılmışdır. Bütün bunlar bu ölkənin iqtisadiyyatının daha da şaxələndirilməsinə, inkişafına xidmət göstərmişdir. Biz Azərbaycandakı bu uğurları görürük və bu dəyişiklikləri müşahidə edirik. Bütün bunları əldə etmək o qədər də asan deyildir. Hamı bunu başa düşür ki, Azərbaycan çox mühüm strateji rola malikdir. Biz fərəh hissi keçiririk ki, Azərbaycan artıq qüdrətli bir ölkədir, onun nüfuzu get-gedə daha da artır”.

 

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə