Modern.az

95 yaşlı BDU - FOTO

95 yaşlı BDU - FOTO

Təhsil

1 Sentyabr 2014, 10:28

 

Bu gün Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi günüdür. Modern.az saytı xəbər verir ki, Azərbaycanın ilk univeristeti olan və flaqman adlanan BDU 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) parlamentinin qərarı ilə yaradılıb.

Universitet tədrisinə 2 fakültə – tarix-filologiya, tibb fakültələri ilə başlayıb. İlk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb etmək mümkün olmuşdu. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. AXC-nin süqutundan sonra universitetin adı Kirov adına Azərbaycan Dövlət Universiteti (1920-1991) olaraq dəyişdirilib. 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb. Müstəqillik qazandıqdan sonra universitetin adı yenidən dəyişdirilir -M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti adlandırılan təhsil ocağı (1991-1999) 1999-cu ildən bugünə kimi isə Bakı Dövlət Universiteti adlandırılır.  Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə  universitetə özünüidarə (muxtariyyət) statusu verilib. həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.

Hazırda universitetə akademik, millət vəkili Abel Məhərrəmov rektorluq edir. BDU-nun 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

 

 

Rüfanə GÜNƏŞ  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!