Modern.az

Türkiyə Qəzetçilər Federasiyasından Modern.az-a təbrik məktubu

Türkiyə Qəzetçilər Federasiyasından Modern.az-a təbrik məktubu

1 Sentyabr 2014, 11:11

Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel Modern.az saytının 5 yaşının tamam olması münasibətilə redaksiyaya təbrik məktubu göndərib. Sədr Modern.az-ın rəhbərlik və redaksiya heyətini belə təbrik edib:

“Türkiyə jurnalistlərinin Azərbaycanla bağlı ən çox müraciət etdikləri xəbər saytlarından biri Modern.az xəbər portalıdır. Onlar Azərbaycan barədə gerçək məlumatları daha çox həm də bu sayt vasitəsilə əldə edirlər. Modern.az-ın uğurlarına sevinirik. Dostumuz Elşad Eyvazlını ürəkdən təbrik edirəm. Mən yaxın vaxtlarda Bakıya gələcəm. Modern.az redaksiyasını ziyarət edəcəm. Gələcək üçün Modern.az-la Türkiyədəki aparıcı saytların əməkdaşlığına dair bir layihə düşünürük. Bunu konkret olaraq Bakıya gəldiyim zaman açıqlayacağam”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı