Modern.az

Lavrov: “Ukraynaya hərbi müdaxilə olmayacaq”

Lavrov: “Ukraynaya hərbi müdaxilə olmayacaq”

Təhsil

1 Sentyabr 2014, 11:25


“Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasını istəyir. Ukraynaya hərbi müdaxilə olmayacaq”.

Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O qeyd edib ki, Vaşinqton və Brüssel Kiyev hakimiyyətindən dinc əhaliyə qarşı silahdan istifadə edilməməsini tələb etməlidir.  

“ABŞ və Brüssel Kiyev hakimiyyətindən ağır silahlandırmanı dayandırmağı tələb etməlidir. Kiyev hakimiyyəti dinc  vətəndaşlara qarşı aviasiyalardan istifadə edir”,-deyə Lavrov bildirib.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür