Modern.az

Bakıda Avropa Şurasının dini tədbiri keçirlir

Bakıda Avropa Şurasının dini tədbiri keçirlir

Təhsil

1 Sentyabr 2014, 11:13

Sentyabrın 1-də Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü işinə başlayıb.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxudu.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək mübadilə görüşünün bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini deyib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dini fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətindən, bununla bağlı reallaşdırılan tədbirlərdən bəhs edib.
Sentyabrın 2-dək davam edəcək mübadilə görüşündə “Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial paytaxt”, “Dini və qeyri-dini təşkilatların diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi”, “Dini mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurası tərəfindən müdafiə olunan bəşəri dəyərlərə hörmət töhfəsi” mövzularında məruzələr dinləniləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!