Modern.az

"Əlaçı" Modern.az

"Əlaçı" Modern.az

1 Sentyabr 2014, 11:52

Birləşmiş Ərəb Əmirlikləri
Abu-Dabi Dövlət Universitetinin əməkdaşı

Uğurlar  hər  zaman "Modern"lə  olsun
Saytınız  daima  reytinqli  olsun
Oxucu  sayınız  hər  gün  bol  olsun
Beş  yaşlı  Modern.az
Yubileyin  mübarək  olsun!

Azərbaycan internet mediasında layiqli yeri və öz oxucu kütləsi olan, özünəməxsus orijinallığı ilə seçilən, operativ xəbərlərin ünvanı Modern.az saytı bu gün 5 yaşını qeyd edir.

Bu müddət ərzində  daima öz oxucularının qarşısına dəqiq, operativ, qərəzsiz xəbərlərlə çıxan Modern.az saytı internet mediada rəqabətin çoxaldığı bir şəraitdə fərqlənməyi, gündəmdə qalmağı bacardı.

Milli kaloriti bütün zənginliyi ilə saxlayaraq  xalqımızın tarixinə, etnoqrafiyasına, folkloruna  geniş yer verən, qan yaddaşımız Qarabağa  xüsusi  önəm verərək  silsilə məqalələr həsr edən, dünya xəbərlərinə yer ayıran, məşhurların övladlarını tanıtdıran, tanınmışlarla foto-söhbət edən, məşhur tələbə yoldaşından danışan, Qarabağı fotolarda və yaddaşlarda xatırladan, Azərbaycan Parlamentinə xüsusi diqqət göstərən, deputat- seçici körpüsü yaradan, sadə insanların problemlərini işıqlandıran, müxtəlif səpkili reportajlar hazırlayan, müsahibələr alan, QHT-lərə, cəmiyyətə, ölkəyə, mədəniyyətə, mediaya, ədəbi mühitə həssas yanaşan, beş illik fəaliyyəti "beşlə" qiymətləndirilən sevimli Modern.az saytı ad gününüz mübarək! Saytınız daima oxunaqlı, reytinqli və uzun ömürlü olsun.

5 illik yubiley münasibəti ilə saytın rəhbəri  Elşad Eyvazlını, saytın redaktoru Əfqan Qafarlını, eləcə də saytın bütün əməkdaşlarını və oxucularını səmimi qəlbdən təbrik edirəm. Hər birinizə könül xoşluğu, səadət və bol ruzi-bərəkət arzulayıram.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi