Modern.az

Qarabağa gələn Sərkisyan Xocavənddə yağ zavoduna gedib

Qarabağa gələn Sərkisyan Xocavənddə yağ zavoduna gedib

1 Sentyabr 2014, 13:01

Dağlıq Qarabağa qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun Taqavard kəndini ziyarət edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın və Ermənistan baş naziri Ovik Abramyanın müşaiyəti ilə kəndə gedən S.Sərkisyan burada bitki yağı istehsal edən zavodda olub.

Sentyabrın 2-nə qədər davam edəcək səfər çərçivəsində Ermənistan prezidentinin Xankəndidə hərbi paradda və Şuşada geoloji muzeyin açılışında iştirak edəcəyi gözlənilir.

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir