Modern.az

Olimpiya çempionalarımız vətənə qayıdıb

Olimpiya çempionalarımız  vətənə qayıdıb

Təhsil

1 Sentyabr 2014, 13:23

Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 5 qızıl, 6 gümüş, 1 bürünc medal qazanan idmançılarımız vətənə qayıdıb. Onları Heydər Əliyev Beynəlxalq Hava limanında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmiləri qarşılayıb.

Qarşılanma mərasimindən sonra idmançılar Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qeyd edək ki, Çinin Nancinq şəhərində Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edirdi. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan–roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub.  Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.

21 idmançıdan 12 idmançı medalla vətənə qayıdır.

Qızıl medal alan idmançılar:

Səid Quliyev (73 kq)- taekvando

İslambek Dadov (69 kq)- yunan roma

Rüfət Hüseynov (49 kq)- boks

Teymur Məmmədov (63 kq)– sərbəst güləş

İqbal Hacızadə (100 kq)- sərbəst güləş

Gümüş medal:

Leyla Əliyeva (44 kq)- cüdo

Natiq Qurbanlı (55 kq)- cüdo

Ceren Ozbek (44 kq)- Taekvando

Baris Yotov - avarçəkmə ( 1 nəfərlik qayıq)

Cabbar Nəcəfov (50 kq)- yunan roma güləşi

Leyla Qurbanova (52 kq)- qadın güləşi

Bürünc:

Nazim Babayev- atletika (3 təkanla tullanma)

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır