Modern.az

ABŞ səfiri Türkiyə XİN-də izahat verdi

ABŞ səfiri Türkiyə XİN-də izahat verdi

1 Sentyabr 2014, 15:11


ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat alınıb.

Modern.az saytının Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə bunu baş nazirin müavini Bülənt Arınç deyib. O bunun ABŞ kəşfiyyatının Türkiyə hökumətini izləməsi iddiaları ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, “Der Şpigel” jurnalı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snoudenin məlumatları əsasında ABŞ-ın Türkiyəni dinlədiyini iddia edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi