Modern.az

Hüseyn Abdullayevin adı İnterpol-un axrtarış siyahısından çıxarılıb

Hüseyn Abdullayevin adı İnterpol-un axrtarış siyahısından çıxarılıb

1 Sentyabr 2014, 16:05

Sabiq millət vəkili Hüseyn Abdullayev Azərbaycan hökumətinin onu İnterpol vasitəsilə axtarışa verməsi faktı ilə razılaşmayaraq uzun müddətli yazışmalar aparıb və İnterpola təqdim etdiyi sənədlər əsasında bu axtarışın uydurma cinayət işi əsasında verildiyini sübut edib.

İnterpol Hüseyn Abdullayevi özünün axrtarış siyahısından rəsmən çıxarıb. Bununla bağlı Hüseyn Abdullayev “Azadlıq” qəzetinə açıqlama yollayıb.
“Hörmətli həmvətənlərim, sevimli xalqım. Nəzərinizə çatdırıram ki, vəkilərimin uzun müddətdir apardıqları qarışılıqlı yazışmaların nəticəsində mərkəzi Fransanın Lion şəhərində olan Beynəlxalq Polis təşkilatı- İnterpol avqust ayından mənim haqqımda axtarışı öz rəsmi veb səhifəsindən çıxarmışdır. Hesab edirəm, belə bir mühüm faktın özü də mənim nə qədər günahsız olduğumu bir daha təsdiq edir”-deyə o, bildirib.

Modern.az saytı xatırladır ki, H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F.Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılmış və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi. Sonradan H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edildi, barəsində 2 il sınaq müddəti müəyyən olundu  və o, məhkəmə zalından azadlığa buraxıldı. 

Sonra H.Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunurdu. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 
Abdullayev hazırda Almaniyadadır. Azərbaycanın hüquq-mühafizə orqanları bir müddət öncə eks-deputatı İnterpol vasitəsilə axtarışa verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!