Modern.az

Bakı 2015 Avropa Oyunları Türkiyənin əsas kanalı ilə beynəlxalq yayım sazişi imzaladı

Bakı 2015 Avropa Oyunları Türkiyənin əsas kanalı ilə beynəlxalq yayım sazişi imzaladı

Təhsil

1 Sentyabr 2014, 16:36


Bakı 2015 Avropa Oyunları bu gün Türkiyənin aparıcı idman kanalı olan NTV Spor ilə beynəlxalq yayım haqqında ilk sazişi bağladığını edir. 

Modern.az xəbər verir ki, sazişə görə NTV Spor kanalı bütün Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.   NTV Spor kanalı televiziya, internet və mobil platformalar üzərindən hər gün Oyunların yeddi saat təqdimatını keçirəcək. Həmin yeddi saatdan böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda, yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə Açılış və Bağlanış mərasimləri də canlı olaraq nümayiş olunacaq.   Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq qeyd edib: “İlk beynəlxalq yayım sazişi bağladığımızı elan etməyə çox şadam. Sözügedən saziş milyonlarla türkiyəli idman azarkeşinə birinci Avropa Oyunlarını canlı izləmək imkanı yaradacaq.

“Beynəlxalq İdman Yayımı Şirkəti ilə yanaşı çalışaraq ev sahibi olan yayım şirkətimiz NTV Spor kanalı, mümkün qədər çox idman azarkeşinin bir sıra media platformaları üzrə ətraflı yayımdan faydalanmasını təmin edəcək.”   Türkiyədə böyük idman tədbirlərini yayımlayan NTV Spor kanalı Avropa Oyunlarında oynanılan hər bir idman növünün keyfiyyətli şəkildə təqdim edilməsinə xidmət edəcək.  

Doğus Media Group-un İdman Qrupunun prezidenti cənab Fuat Akdağ bildirib: “Biz bütün Türkiyədəki idman azarkeşlərini Avropa Oyunlarının yayımlanması xidməti ilə təmin etmək üçün Beynəlxalq İdman Yayımı Şirkəti və Bakı 2015 ilə işləməyi səbirsizliklə gözləyirik.

“Bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda, həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir.”  

Türkiyə Olimpiya Komitəsinin baş katibi xanım Nəşə Gündoğan əlavə edib: “Bu saziş Türkiyənin hər yerindəki idman azarkeşlərini bir araya gətirəcək və bütün Türkiyə xalqına birinci Avropa Oyunlarında yarışmaq üçün seçilmiş idmançılarımıza öz dəstəklərini göstərməyə imkan yaradacaq.  

“Biz hər zaman yaxın qonşumuz olan Azərbaycan ilə güclü dostluq münasibətlərində olmuşuq və bu sövdələşmə bu tarixi əlaqəni daha da möhkəmləndirəcək". 

Modern.az 

           
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?