Modern.az

İran fahişəxanalarından bəhs edən kitab molla rejimini qəzəbləndirib

İran fahişəxanalarından bəhs edən kitab molla rejimini qəzəbləndirib

Təhsil

19 İyul 2010, 15:57

İngiltərədə yaşayan iranlı mühacir qadın Roksana Şirazinin İrandakı gizli fahişəxanalardan bəhs edən “Yaşayan son fahişə” adlı kitab yazması ilə başlanan qalmaqal böyüməkdədir. İranın qatı mühafizəkar hökuməti onun əlindən necə deyərlər, zəncir çeynəyir. Hal-hazırda Londonda yaşayan qadın yazar İrana qaydıcağı təqdirdə öldürüləcək.     

Roksana Şirazi 11 yaşında olarkən oxumaq üçün qohumlarının yanına - İngiltərəyə göndərilib və orada yaşamağa başlayıb.

Şirazi son olaraq dörd il əvvəl tətil üçün Tehrana gedib.   Roksana yazır ki, tətil müddətində o da Tehranda gecələr təşkil olunan gizli seks partiyalarına qatılırmış.

"O mərasimlərin təşkil olunduğu evlərə girmək üçün gizli şifrələri bilmək lazımdır. Əxlaq polisinin səni tutmaması üçün rüşvəti əlində hazır saxlamalısan”. R.Şirazi özünün məşhur rok müğənniləriylə yaşadığı intim həyatı da bütün detallarıyla öz kitabında qeyd edib.

İngiltərədə çap olunan və 25 dollara satışa çıxarılması nəzərdə tutulan “Yaşayan son fahişə” kitabında İran belə demək olarsa, rüsvay edilib. İran mollaları Roksana Şiraziyə hələ rəsmən ölüm hökmü çıxarmasalar da,  qeyri-rəsmi bəyan edilib ki, Roksana vətəninə heç vaxt qayıda bilməz. Əks təqdirdə öldürüləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə