Modern.az

Ərdoğan bu gün Bakıya gəlir

Ərdoğan bu gün Bakıya gəlir

Təhsil

2 Sentyabr 2014, 09:54

Türkiyənin yenicə seçilmiş 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı qismində Bu gün Bakıya gəlir. Ərdoğan prezident İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Modern.az saytı xəbər verir ki, rəsmi məlumata görə, prezidentlərin görüşü zamanı Azərbaycan-Türkiyə arasındakı münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və regional hadisələrin müzakirəsi gözlənilir.

Bundan başqa, bildirilir ki, Ərdoğanın səfəri hər iki ölkənin ortaq mənfəətlərinin inkişafı baxımından böyük bir fürsət olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!