Modern.az

Milli komandamız birinci oldu - FOTO

Milli komandamız birinci oldu -  FOTO

2 Sentyabr 2014, 11:49


Azərbaycan milli komandası 3-cü Beynəlxalq Ardeşen Offroad yarışlarında S2 kateqoriyasında birinci oldu.

Modern.az xəbər verir ki, Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışları başa çatıb. 

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə bu yarışlarda təmsil  olunan Offroad milli komandamız-pilot Azər Abıyev və şturman Vaxtanq Sakhokia S2 kateqoriyasında 1-ci yeri, ümumi kateqoriya yarışlarda isə ikinci yeri tutub.

Xatırladaq ki, avqustun 30-31-də keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Ermənistandan 100-ə qədər idmançı iştirak edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi