Modern.az

Nəqliyyat Nazirliyindən iradlara sərt təpki: “Bizə uğursuz deyənlərin özü...”

Nəqliyyat Nazirliyindən iradlara sərt təpki: “Bizə uğursuz deyənlərin özü...”

İqtisadiyyat

2 Sentyabr 2014, 12:56



“Nəqliyyat Nazirliyinin işlərini dərindən yoxlasalar, görərlər ki, bəzi layihələr nəinki vaxtında, hətta vaxtından əvvəl icra edilib. Təbii ki, hər bir proqramın icra müddəti, başa çatma vaxtı var. Ləngimələr olduğu təqdirdə isə ictimaiyyətə bu barədə məlumat verilir. Kim deyirsə ki, Nəqliyyat Nazirliyinin həyata keçirdiyi layihələr uğursuzdur, sonlandırılmır, o adamın özü uğursuz, bədgümandır”.

Bunu Modern.az-a Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov deyib. “Bütün işlər qrafik üzrə davam etdirilir. Saxta ekspertlərin fikirlərinə əhəmiyyət verməyə dəyməz. Nəqliyyat Nazirliyi tərəfindən görülən işlər göz qabağındadır”.

Avtobuslarda bütünlüklə kart sisteminə keçilməsinin gecikməsinə gəlincə, N.Həsənov deyib: “Bu layihənin başa çatması 2014-cü ilin sonuna nəzərdə tutulub, qarşıda isə hələ 4 ay var. Həm də nağd ödəniş sistemi qalır deyə insanlar karta o qədər də həmiyyət vermirlər. Hazırda şəhərdə 2300-ə yaxın avtobus var. Onlardan 1000-də  artıq validatorlar quraşdırılıb. Bütün avtobuslarda validatorlar quraşdırıldıqdan sonra nağd ödənişə qadağa qoyulacaq, onda yersiz söz-söhbət də bitəcək”.

“Sürücü bazasına indiyə qədər kifayət qədər təcrübəli insan cəlb olunub. Bundan sonra hər hansı bir sürücü özbaşınalığa yol verərsə, başqa bir sahibkarın da yanında çalışa bilməyəcək. Çünki onunla bağlı bütün məlumatlar Dövlət Nəqliyyat Xidməti tərəfindən izlənilir və müvafiq orqanlara ötürülür. Narazı qaldığımız sürücülər əlbəttə, indi də var. Amma hazırda onların sayı kifayət qədər azalıb”, – deyən N. Həsənov sonda qeyd edib ki, nəqliyyatı haqqında qanuna əsasən, 21 yaşından aşağı, 3 ildən az təcrübəsi olan sürücülər sükan arxasına əyləşə bilməz. Sürücülər üçün yuxarı yaş həddi isə 65 yaşdır.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür