Modern.az

Yezidi qadınları 1000 dollara satılır

Yezidi qadınları 1000 dollara satılır

2 Sentyabr 2014, 13:15

Suriya İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, “İslam dövləti” (İS) terror təşkilatı girovluqda olan yezidi qadınlarını öz döyüşçülərinə 1000 dollara satır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “İslam dövləti” təşkilatının üzvləri İraqda girov götürdükləri 300 yezidi qadını Suriyaya ötürərək döyüşçüləri üçün satışa çıxarıb. Onların sözlərinə görə, həmin qadınlar qul sayılırlar və “kafirlərlə” döyüşdə qənimət kimi ələ keçiriliblər.
Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, son günlərdə Suriyanın Hələb, Rakka və Hasaka bölgələrində 27 yezdi qadını satılıb. Onların məcburən dinini dəyişməyə vadar edildiyi də bildirilir.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir