Modern.az

Sumqayıtın İcra Hakimiyyəti: “Bəli, Eldar Əzizov yas mərasimləri haqda tövsiyə verib”

Sumqayıtın İcra Hakimiyyəti: “Bəli, Eldar Əzizov yas mərasimləri haqda tövsiyə verib”

Təhsil

2 Sentyabr 2014, 13:30

“Eldar Əzizovun yas mərasimləri ilə bağlı tövsiyə verməsinə dair yayılan informasiyalar tamamilə doğrudur”. Bunu Modern.az saytına açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Nazani İsayeva deyib.

Qeyd edək ki, mətbuatda Eldar Əzizovun təmtəraqlı yas mərasimlərinə qadağa qoyması ilə bağlı xəbər yayılmışdı. Tapşırığa əsasən, Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə alıb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İddia olunur ki, yas mərasimlərində ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən götürüləcək və uşaq və qocalar evlərinə paylanılacaq.

Bir neçə gün öncə Füzuli rayonunda da yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə yenilik tətbiq olunub.  Orada rayon ağsaqqallarının təşəbbüsü ilə ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb. 

Rüfanə GÜNƏŞ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar