Modern.az

Şəhidlər xiyabanında müşahidə kameraları quraşdırılıb

Şəhidlər xiyabanında müşahidə kameraları quraşdırılıb

2 Sentyabr 2014, 13:31

Şəhidlər xiyabanında artıq Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb. Bu barədə Trend DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova istinadən məlumat yayıb.

Qeyd edək ki, avqustun 21-dən 22-nə keçən gecə paytaxtda Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin törədilməsi faktı ilə bağlı cinayət işi başlanıb və təqsirkarın müəyyən edilərək cəzalandırılması istiqamətində tədbirlər davam edir.

E.Zahidov bildirib ki, gələcəkdə belə halların baş verməməsi, eləcə də qeyd olunan əraziyə mütəmadi nəzarətin həyata keçirilməsi məqsədi ilə müqəddəs məkanlarımızdan olan Şəhidlər xiyabanında artıq Daxili İşlər Nazirliyinin müşahidə kameraları quraşdırılıb.  

Qeyd edək ki, bir neçə gün bundan öncə naməlum şəxslər Şəhidlər xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər. Faktla bağlı cinayət işi açılsa da, bu əməli törədən şəxslər hələ tapılmayıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?