Modern.az

Misirin ən məşhur erməni rəqqasəsi məhkəməyə verilib - FOTOLAR

Misirin ən məşhur erməni rəqqasəsi məhkəməyə verilib - FOTOLAR

2 Sentyabr 2014, 13:40

29 yaşlı Tsovinar Qriqoryan Misirin ən məşhur rəqqasəsi hesab olunur. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 1985-ci ildə Ermənistanın Armavir şəhərində anadan olmuş T.Qriqoryan 2 il əvvəl yaşamaq üçün köçdüyü Misirdə “Safinaz” səhnə adlı ilə qısa müddətdə böyük populyarlıq qazanıb.

  Bir neçə filmdə, məmur toylarında çıxış edən erməni rəqqasə son günlərdə məhkəmə proseslərindəki iştirakı ilə Misir mətbuatının əsas gündəminə çevrilib. Belə ki, Qırımızı dəniz sahilindəki Ayn-Sohnə kurortundakı məclislərdən birində göbək rəqsi oynayan rəqqasə bu zaman səhnə paltarı kimi Misirin dövlət bayrağından istifadə edib. Milli hisslərinin təhqir olunduğunu düşünən misirlilər rəqqasəni məhkəməyə verərək, onun cəzalandırılmasını tələb edir. Bu arada iyunun əvvəllərindən qüvvəyə minən qanuna əsasən, Misir bayrağını təhqir edən şəxs 1 ilə qədər həbs, yaxud 4 min dollara qədər cərimə oluna bilər.  

Qeyd edək ki, erməni mətbuatına müsahibəsi zamanı “Safinaz” öz rəqsləri ilə Ermənistanı Misirdə təmsil etdiyini və müsəlman ölkəsində yaşamasına baxmayaraq, erməni olduğunu unutmadığın dəfələrlə bəyan edib.  

Modern.az erməni rəqqasənin fotolarını təqdim edir. 













Vüqar İsmayılov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir