Modern.az

“Müsavatın qurultayının Gürcüstan və Türkiyədə keçirilməsi artıq gündəmdə deyil”

“Müsavatın qurultayının Gürcüstan və Türkiyədə keçirilməsi artıq gündəmdə deyil”

Təhsil

2 Sentyabr 2014, 14:05


Müsavat Partiyası sentyabrın 27-də növbəti qurultayını keçirməyə israrlıdır. Artıq başqanlığa iddialılar namizədliklərini irəli sürürlər. İndiki başqan İsa Qəmbərin yerinə əsas iddialılardan olan Müsavatın Divan üzvü Tural Abbaslı Modern.az-a açıqlamasında qurultay qabağı görülən  işlərdən danışıb. Onun sözlərinə görə, İsa Qəmbərin rəhbərlik etdiyi qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi vaxtaşırı görülən işləri müzakirə edir.  

Başqanlığa namizəd deyib ki, qurultaya bəzi nümayəndələr bir neçə il bundan qabaq seçilib: “3-4 il əvvəl qurultaya nümayəndə seçilənlər arasında xaricə gedən, bu və ya digər səbəbdən partiyanı tərk edən, dünyasını dəyişən də var. Təbii ki, bu cür hallar kütləvi deyil. Bu, məncə qurultayın keçirilməsinə mane olacaq qədər ciddi rəqəm deyil”.  

Bakı şəhər İcra Hakimiyyətinin müvafiq yer ayırmayacağı halda qurultayın Türkiyə və Gürcüstanda keçirilmə ehtimalına gəldikdə, Tural Abbaslı deyib: “Əlbəttə, qurultayın Gürcüstanda keçirilməsi Müsavat üçün önəmli ola bilərdi. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Gürcüstanda elan olunub. Qurultayın orada keçirilməsinin Müsavat üçün bu baxımdan siyasi dəyəri var idi. Digər tərəfdən, Müsavatın mühacirətdəki fəaliyyətində Türkiyənin də xüsusi yeri var. Bu iki ölkədə qurultay keçirilməsi ilə bağlı müzakirələr zamanı müxtəlif fikirlər səsləndi. Amma təəssüf ki, bəzi çətinliklər ortaya çıxdı.

Nümayəndələrin orada qalması, texniki səbəblər buna imkan vermədi və bu məsələ gündəmdən çıxarıldı. Biz növbəti dəfə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Sentyabrın 27-də istənilən formada qurultayımızı Bakıda keçirəcəyik. Təşkilat Komitəsinin əksəriyyətinin fikri budur”.    

Namidə BİNGÖL

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır