Modern.az

Havalar sərinlədi, Bakıda tıxac problemi başladı

Havalar sərinlədi, Bakıda tıxac problemi başladı

Təhsil

2 Sentyabr 2014, 14:14


Son günlər havaların nisbətən sərinləməsi Bakıda nəqliyyat vasitələrinin sayının artmasına da səbəb olub. Metro stansiyalarında, digər ictimai nəqliyyatda sərnişinlərin çoxalması da göstərir ki, paytaxt yavaş-yavaş əvvəlki günlərə qayıdır. Əlbəttə, əhalinin bir qisminin istirahətdən qayıtması Bakıda həm də tıxacların yenidən yaranması ilə nəticələnir.

" Yay tətili bitdi, sentyabrın 15-nə az qalıb. Əlbəttə, paytaxtda canlanma olmalıdır”. Bunu Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, paytaxtdan bölgələrə gedən, ezamiyyətdə olan əhali artıq geri qayıdır: “Yaxın günlərdə yollarda avtomobillərin hərəkət intensivliyi daha da  artacaq. Sentyabrın 15-dən sonra adi iş günlərində bu sıxlıq müşahidə olunacaq”.  

V. Əsədovun fikrincə, bununla bağlı əhalinin narahat olmasına ehtiyac yoxdur: “Sıxlığın artması ilə paralel olaraq bəzi küçə və yollarda tikinti işləri artıq yekunlaşmaq üzrədir. Bundan sonra yollarda avtomobillərin hərəkəti asanlaşacaq. Sentyabr ayının 15-nə qədər nəzərdə tutulan və hazırda təmir işləri aparılan əksər yollarda təmir-tikinti işləri başa çatdırılacaq və sürücülərin istismarına veriləcək. Yol zolaqları üzrə sıx cərgələnmənin qarşı da alınacaq”.  

Şöbə rəisi qeyd edib ki, il ərzində ölkəyə 1 milyon yüz mindən çox avtomobil gətirilir. Bu da paytaxtda nəqliyyatın çoxalmasına səbəb olur, ancaq yollarda aparılan təmir-tikinti işlərində sonra bu narahatlıq tamamilə aradan qaldırılacaq”.    

Məltəm Talıbzadə    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır