Modern.az

Sabah ixtisas seçimi başa çatır

Sabah ixtisas seçimi başa çatır

Təhsil

2 Sentyabr 2014, 14:47


Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir. Modern.az-ın məlumatına görə, sentyabrın 2-i saat 14:00-a olan məlumata görə, 555 abituriyent ixtisas seçimi edərək elektron ərizəsini təsdiqləyib.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan vaxta qədər ixtisasları seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidirlər. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər. İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

Qeyd edək ki,  Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 30-da elan olunub.  

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı