Modern.az

Ev krediti alana pişik verilir

Ev krediti alana pişik verilir

2 Sentyabr 2014, 14:50


Rusiyanın nəhəng banklarından biri olan “Sberbank” maraqlı bir kampaniyaya imza atıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bank ipoteka krediti ilə ev alan müştərilərinə şans gətirsin deyə pişik hədiyyə edir.

Ancaq kampaniya müddətində verilən pişiklərə müştərilər sahib ola bilmirlər.

Pişiklər evdə yalnız iki saat qala bilir. Müştərilər adları Cezar və Caramel olan 10 pişik arasından seçim edə bilir. Rusiyada pişiyin evə şans gətirdiyinə inanıldığı üçün bank belə bir kampaniyaya qərar verib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!