Modern.az

“Nadir Səlifovun Türkiyədəki “sxodka”ya qatılması cəfəngiyyatdır” - Penitensiar Xidmət

“Nadir Səlifovun Türkiyədəki “sxodka”ya qatılması cəfəngiyyatdır” - Penitensiar Xidmət

2 Sentyabr 2014, 14:50

“Hamının “Lotu Quli” ləqəbi ilə tanıdığı  Nadir Səlifovun Türkiyədə keçirilən “sxodka”ya “Skype” vasitəsilə qatılması xəbəri  həqiqəti əks etdirmir. Bu, cəfəngiyyatdır”.
Bunu Modern.az saytına Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.  

Şöbə əməkdaşının sözlərinə görə, “Lotu Quli”nun saxlanıldığı cəzaçəkmə müəssisəsində internet şəraiti yoxdur:

“Həmin cəzaçəkmə müəssisəsində nə internet xətti, nə də kompüter var. Hər hansı bir məhbusun bu vasitələrdən istifadə edə bilməsi mümkün deyil”.

Rusiya mətbuatı bu yaxınlarda Türkiyədə “qanuni oğrular”ın toplantı (“sxodka”) keçirdiyini və iki azərbaycanlıya - Rafət Əlibayramlinski və Ceyhun Gəncinskiyyə “qanuni oğru” titulu verildiyini iddia edib. İddiaya görə, “Taclandırma” mərasiminə hamının “Lotu Quli” kimi tanıdığı Nadir Səlifov Azərbaycanda saxlanıldığı cəzaçəkmə müəssisəsindən “Skype” vasitəsilə qatılıb.

Qeyd edilir ki, “Lotu Quli” həmin iki nəfərə “qanuni oğru” adı verib.

Bu məlumat Azərbaycan mətbuatı tərəfindən tirajlanıb.

Azərbaycan Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Nadir Səlifov 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Nadir Səlifov “Loti Quli” adı ilə tanınan kriminal avtoritetdir. O,  2006-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?