Modern.az

Keçmiş nazir vətəndaşlıqdan məhrum olundu

Keçmiş nazir vətəndaşlıqdan məhrum olundu

2 Sentyabr 2014, 15:08


Keçmiş müdafiə naziri Tengiz Kitovanı Gürcüstan vətəndaşlığından məhrum olunub.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda o özü məlumat verib. Onun sözlərinə görə, hətta Saakaşvilinin ağlına belə onun vətəndaşlıqdan məhrum olunması gəlməsə də, indiki prezident Marqvelaşvili bunu edib. Keçmiş nazir qeyd edib ki, bu bir neçə ay əvvəl baş versə də, bu haqda danışmayıb. Onun fikrincə, əgər o olmasaydı nə Saakaşvili, nə İvanişvili, nə də Marqvelaşvili olmazdılar. 

Kitovaninin vətəndaşlıqdan məhrum olunmasının ilkin səbəbi kimi onun ikili vətəndaşlığı göstərilib.

O, həm də Rusiya vətəndaşıdır. Gürcüstan qanunvericiliyinə görə, digər ölkənin vətəndaşlığı olan şəxs avtomatik vətəndaşlıqdan məhrum olunur.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir