Modern.az

Rabitə Nazirliyi: “Son söz operator şirkətlərinindir”

Rabitə Nazirliyi: “Son söz operator şirkətlərinindir”

2 Sentyabr 2014, 15:34


“Operatorların ümumi rəyi gəldikdən sonra Tarif Şurasında bu məsələyə baxılacaq. Nazirliyə gəlincə, o, şirkətlərə öz tövsiyəsini verib”.

Bunu Modern.az-a açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib. O, mobil operatorların qiymətinin aşağı salınması məsələsinin gecikmə səbəbinə başqa şərh verməyib.

İnternet xidmətləri və qiymətlərinə gəlincə isə nazirlik rəsmisi son illər ərzində internet qiymətlərinin bir neçə dəfə aşağı salındığını vurğuladı. “Genişzolaqlı, hər evə optika layihəsi artıq reallaşmaq üzrədir. Layihəyə start vermək üçün son tamamlama işləri həyata keçirilir. İşə başladıqdan sonra internetin həm kəmiyyət, həm keyfiyyət, həm də qiymətcə aşağı düşməsi prosesi başalayacaq. Layihə ən geci 2015-cü ilin sonu üçün reallaşacaq”, – deyə Müşfiq Əmirov qeyd edib .      

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir