Modern.az

QHT Şurası QHT-lərin bank sektoru ilə yaşadığı problemlər üzərində çalışır

QHT Şurası QHT-lərin bank sektoru ilə yaşadığı problemlər üzərində çalışır

2 Sentyabr 2014, 15:49



Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin hazırda bank sektoru ilə yaşadığı problemlər üzərində çalışır. Bunu “Media forum” saytına şuranın sədri, deputat Azay Quliyev deyib.

Azay Quliyev bildirib ki, QHT-lərin qarşılaşdığı problemlərin həlli ilə bağlı bir neçə istiqamətdə iş gedir: “Müəyyən prosedur qaydalar, texniki mərhələlər var ki, onlara aydınlıq gətirilməlidir. Bəzi məqamlar yenidən işlənməlidir. Hər bir halda mövcud durum QHT-lər üçün bir mərhələdir, məncə, bu dövrü səbirlə keçmək lazımdır. Problemlərin həlli yəqin ki, çox uzun çəkməz”.

Son aylar QHT-lərin Ədliyyə Nazirliyinə təqdim etdiyi qrant müqavilələrinin qeydiyyatı düyünə düşüb. Müqavilənin qeydiyyata alınması haqqında bildirişin verilməməsi bank əməliyyatlarının aparılmasını mümkünsüz edir. Hazırda 20-dən çox QHT-nin fəaliyyəti bu səbəbdən iflic olub.

Qrant müqavilələrinin qeydiyyata alınması üçün hazırlanan yeni qaydalara gəlincə, Azay Quliyev deyib ki, yeni qaydalar üzərində də iş gedir: “Hələ ki, bunun təfərrüatı barədə açıqlama vermək istəmirik. Çünki təkliflər planı üzərində bir neçə müvafiq qurumla birgə işləyirik”.

İyulun 24-də prezident İlham Əliyev qrant müqavilələrinə dair yeni fərman imzalayıb. Fərman “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” 12 fevral 2004-cü il tarixli prezident fərmanının ləğvini nəzərdə tutur.

Qrant müqavilələrinin qeydiyyata alınması qaydaları 2014-cü il noyabrın 1-dən ləğv edilir. Nazirlər Kabineti bu müddətdə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarını müəyyən edib prezidentə məlumat verməlidir.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir