Modern.az

Bilik Fondunda yerli və xarici ziyalılarla görüş keçirilib

Bilik Fondunda yerli və xarici ziyalılarla görüş keçirilib

Təhsil

2 Sentyabr 2014, 15:57


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan Modern.az-a verilən məlumata görə, Fondda daha bir görüş  keçirilib. Görüşdə Himayəçilər Şurasının üzvləri akademik Kamal Abdullayev, professor Sahibə Qafarova, BSU-nun rektoru, professor Asif Hacıyev, millət vəkili Sevinc Fətəliyeva, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze və professor Revaz Dzjladzedə iştirak ediblər.

Akademik K. Abdullayev Prezident İlham Əliyevin tapşırığı ilə hazırda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici aksiyadan danışıb. “Bu böyük aksiyanın davamı olaraq Bilik Fondunun “İlboyu bilik” layihəsi Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək. “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. “Qardaşlaşmış məktəblər” proqramının da məqsədi bu çərçivədə bölgələrdə yaşayan yeniyetmələr arasında “bilik körpusu” yaratmaqdır”. Daha sonra deputat S. Qafarova, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze, BSU redktoru Asif Hacıyev və s. çıxış ediblər.

Qeyd edək ki, Bilik Fondu sentyabrın 8-dən “İlboyu bilik” layihəsinə start verir.

Layihə çərçivəsində “Qardaşlaşmış məktəblər” və respublikanın bütün şəhər və rayonlarında yerli ziyalıların da iştirakı ilə “İlk dərs” proqramları həyata keçiriləcək. Bununla yanaşı, Bilik Fondu “Dini abidələrdə tarixin izləri”, “Auditoriya +”, “Yaradıcılıq fakültəsi”, “Ustad və şəyird” kimi maraqlı layihələrə də başlayıb.   

Məltəm Talıbzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!