Modern.az

Ukraynada azərbaycanlı meri öldürən 4 nəfər tutuldu

Ukraynada azərbaycanlı meri öldürən 4 nəfər tutuldu

2 Sentyabr 2014, 16:16


Ukraynanın hüquq-mühafizə orqanları Kremençuk şəhərinin azərbaycanlı meri Oleq Babayevi qətlində şübhəli bilinən 4 nəfəri saxlayıb.

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Oleq Babayev iyulun 26-da evinin bir neçə yüz metrliyində güllələnib. Qatillər səsboğucu tapança ilə ona üç dəfə atəş açaraq “VAZ-2109” markalı “Jiquli” ilə hadisə yerindən uzaqlaşıblar. Cinayətkarların istifadə etdikləri avtomobil bir qədər sonra Poltavski vilayəti ilə sərhəddə tapılıb. Hüquq-mühafizə orqanları qətlə bağlı bir neçə versiya üzərində işləyirlər: professional fəaliyyət, biznes fəaliyyəti və şəxsi qarşıdurma. Prokurorluq qətli sifariş hesab edir.  

Saxlanılanlardan ən kiçiyinin 22 yaşı var.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?