Modern.az

UDAR və Poroşenkonun bloku seçkiyə birgə gedir

UDAR və Poroşenkonun bloku seçkiyə birgə gedir

2 Sentyabr 2014, 16:34


UDAR fraksiyasının lideri Vitali Kovalçuk növbədənkənar parlament seçkilərində Pyotr Poroşenkonun bloku ilə birgə iştirak edəcəklərini bəyan edib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hazırda deputatlar iki siyasi gücün seçkilərdə iştirak formatını müzakirə edirlər.

Kiyev şəhərinin meri Vitali Kliçko ilə prezident Pyotr Poroşenko seçkilərdə birgə iştirak etmək niyyətində olduqlarına hələ mart ayında razılaşıblar. Poroşenkonun “Həmrəylik” Partiyası bir müddət əvvəl adını dəyişib və Yuri Lutsenko yeni lider seçilib.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?