Modern.az

Luqansk hava limanı darmadağın oldu - FOTOLAR

Luqansk hava limanı darmadağın oldu - FOTOLAR

Təhsil

2 Sentyabr 2014, 16:36

Ukrayna hərbçiləri Luqansk hava limanından geri çəkiliblər, bina tamamilə dağıdılıb.

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Luqansk vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsini icra edən İrina Veriqina 112 televiziya kanalına məlumat verib:

“Hava limanı tamamilə dağılıb. Hərbçilər uzaqlaşıblar, uçuş-enmə zolağı da sıradan çıxıb, ora təyyarənin enməsi mümkün deyil”. Bundan əvvəl verilən məlumatda Rusiya Silahlı Qüvvələrinin tank briqadasının Luqansk hava limanına hücum etdiyi bildirilirdi. Halbuki Rusiya tərəfi Ukraynada ordu olması haqda məlumatları ciddi-cəhdlə təkzib etməyə çalışır.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir