Modern.az

Ramil Usubov İlhamla Fərizənin analarını Bakı Şəhər Baş Polis İdarəsinə çağırtdırıb

Ramil Usubov İlhamla Fərizənin analarını Bakı Şəhər Baş Polis İdarəsinə çağırtdırıb

2 Sentyabr 2014, 17:00

“Şəhidlər xiyabanında kameralar bizim Prezidentə müraciətimizdən sonra quraşdırılıb”
 
“Şəhidlər xiyabanında müşahidə kameraları məhz Prezidentə müraciətimizdən sonra quraşdırılıb”. Bunu Modern.az saytına 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.

“Dünən daxili işlər naziri Ramil Usubovun göstərişi ilə ailə üzvlərimizi  Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişdilər. Görüş zamanı məlumat verildi ki, hazırda Şəhidlər xiyabanındakı rüsvayçı hadisə ilə bağlı istintaq gedir. Təhqiqatın gedişi haqqında hər iki şəhid ailəsinə məlumat veriləcək. İdarə rəhbərliyi bildirdi ki, şəhid qəbirləri üzərində təhqiramiz hərəkətlər dövlətimizə atılan çamurdur və bunun edəni tapıb cəzalandırmaq DİN əməkdaşları üçün şərəf məsələsidir”.

Məzarları təhqir edilmiş İlham və Fərizə Allahverdiyevlərin valideynləri – anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva bir nüçə gün öncə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Bundan başqa “20 yanvar” Cəmiyyəti də Şəhidlər xiyabanında məzarların təhqir edilməsinə etiraz əlaməti olaraq daxili işlər naziri Ramil Usubov və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.

Hazırda Bakı Şəhər Prokurorluğunda məlum faktla bağlı cinayət cinayət işi açılıb, təhqiqat gedir.

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi