Modern.az

Hansı nazir məzuniyyətə çıxa bilmədi, kimin məzuniyyəti yarımçıq qaldı?

Hansı nazir məzuniyyətə çıxa bilmədi, kimin məzuniyyəti yarımçıq qaldı?

Mədəni̇yyət

2 Sentyabr 2014, 18:04

Yay insanlar üçün həm də məzuniyyət fəsli kimi xarakterizə olunur. Azərbaycan Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə məzuniyyət hüququ var. Artıq yay mövsümü başa çatmaqdadır. Paytaxtda müşahidə olunan insan və avtombil sıxlığı da bunu deməyə əsas verir. 3 aylıq yay fəslində hər kəs imkanı daxilində çalışdı ki, məzuniyyətə gedib, işlədiyi bir ilin yorğunluğunu çıxarsın.
Heç şübhəsiz hamı kimi nazirlərdən də məzuniyyətə çıxanlar oldu. Amma deyəsən mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən yüksək çinli məmurlardan bəziləri bu il məzuniyyətə çıxmağa hələ macal tapmayıb.

Modern.az-ın əməkdaşı nazirlərin məzuniyyətə çıxıb-çıxmadıqlarını dəqiqləşdirmək üçün mətbuat xidmətlərindən cavab öyrənməyə çalışıb.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirdi ki, nazir Kəmaləddin Heydərov yay mövsümü ərzində cəmi 10-15 günlük məzuniyyətə çıxıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif  Dərgahlı nazir general-polkovnik Zakir Həsənovun dincəlmədən çalışdığını vurğuladı.
“Nazir Zakir Həsənov iyul ayının sonlarında məzuniyyətə çıxdı, lakin həmin dövrdə orduda yaranan gərginliklə əlaqədar məzuniyyətini yarımçıq saxlayaraq cəbhə bölgəsinə yollandı. Demək olar ki, bu yay nazir dincəlmədən işləyib”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirdi ki, nazir Azad  Rəhimov 21 iyul-4 avqust tarixləri arasında məzuniyyətdə olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin verdiyi açıqlamaya görə, nazir Oqtay Şirəliyev yay mövsümü ərazində çoxsaylı ezamiyyətlərdə olması ilə yanaşı, özünə də vaxt ayıra bilib. Belə ki, nazir qısamüddətli də olsa, yay mövsümündə istirahət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, hər zaman işdə prinsipiallığı ilə fərqlənən nazir  Səlim Müslümov avqust ayında qısamüddətli məzuniyyət götürüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun sözlərinə görə, nazir Əli Abbasov bu yay ümumiyyətlə dincəlməyib. “Nazir Əli Abbasov yay müddətində xarici səfərlərdə olub, məzuniyyətə çıxmayıb”.

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov da istirahət etməyən nazirlər sırasındadır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, işlərin aktiv olduğu bir dövrdə nazir,  həmçinin mətbuat xidmətinin rəhbəri özü də məzuniyyətə çıxa bilməyib.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov nazir Əbülfəs Qarayevin bu yay qısamüddətli məzuniyyətdə olduğunu söylədi.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir