Modern.az

Erməni politoloq: “ABŞ-ın hətta 44 ştatının “DQR”i tanımasının xeyri yoxdur”

Erməni politoloq: “ABŞ-ın hətta 44 ştatının “DQR”i tanımasının xeyri yoxdur”

Təhsil

2 Sentyabr 2014, 18:19



Əgər hətta ABŞ-ın 44 ştatı belə, “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyarsa, bu, hüquqi cəhətdən heç nəyi dəyişməyəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan deyib:

“Avqustun 27-də ABŞ-ın Kaliforniya ştatının Senatının “Dağlıq Qarabağ”ın müstəqilliyini tanıması haqda qəbul etdiyi qərarı şişirtmək lazım deyil, onun heç bir hüquqi əsası yoxdur”.

Ekspertin fikrincə, bu qərarın ona görə hüquqi gücü yoxdur ki, ABŞ Konstitusiyası Birləşmiş Ştatlara digər ölkənin müstəqilliyini tanımaq, yaxud tanımamaq səlahiyyəti vermir:
“Bu yalnız psixoloji faktordur, hansı ki, Kaliforniyadakı erməni lobbisi nümayiş etdirir. Əgər hətta ABŞ-ın 44 ştatı “DQR”i tanısa belə, bunun heç bir hüquqi əsası olmayacaq, yalnız siyasi mənada nəyisə dəyişə bilər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı