Modern.az

Putinlə Barrosu arasında QALMAQAL böyüdü: “Bizdə səs yazısı var”

Putinlə Barrosu arasında QALMAQAL böyüdü: “Bizdə səs yazısı var”

2 Sentyabr 2014, 21:27

Avropa Komissiyasın sədri Joze Manuel Barrosunun Rusiya prezidenti Vladimir Putinlə bağlı verdiyi açıqlama ətrafında diplomatik skandal böyüyür.

Modern.az saytının rus KİV-nə istinadən verdiyi məlumata görə Barrosunun “Putin Kiyevi iki həftəyə ala biləcəyini bəyan edib” deməsindən sonra Kreml dairələri hərəkətə keçib.

Rusiyanın Avropa  Birliyindəki  daimi nümayəndəsi Vladimir Çijov bununla bağlı Barrosuya məktub ünvanlayıb. O, məktubda bildirib ki, Rusiya Prezident Administrasiyasında  Kreml rəhbəri Vladimir Putinlə Barrosu arasında olan  telefon danışığının audioyazısı var.

“Biz bütün anlaşılmazlıqları aradan qaldırmaq üçün  telefon söhbətinin audioyazısını yaymağa hazırıq”.  

Qeyd edək ki, İtaliyanın “La Repubblica” qəzeti Avropa Komissiyasının sədri J.M.Barrosuya istinadən Vladimir Putinin Ukrayna üçün təhdid xarakterli çıxış etdiyini yazıb.

Məlumata görə Avropa İttifaqına üzv ölkələrin liderləri  Putindən Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsi məsələsi barədə sual verərkən Kreml rəhbəri sərt cavab verib.  

Barrosu sözügedən qəzətə belə deyib: “Putin Kiyevi iki həftəyə ala biləcəyini dedi”.   Bildirək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Putinin fikirlərinin kontekstdən çıxarıldığını və Barrosunun bu davranışının diplomatik çərçivələri aşdığını demişdi.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı