Modern.az

Poroşenko Azərbaycanla bağlı işçi qrupu ləğv etdi

Poroşenko Azərbaycanla bağlı işçi qrupu ləğv etdi

Təhsil

3 Sentyabr 2014, 01:20

Ukayna prezidenti Pyotr Poroşenko Gömrük İttifaqı ilə ölkəsinin qarşılıqlı əməkdaşlıq məsələləri üzrə yaradılmış işçi qrupu ləğv edib.

Modern.az saytının məlumatına görə Ukrayna lideri verdiyi sərəncamla iqtisadi islahatlar üzrə komitəni, söz azadlığı və jurnalistlərin hüquqlarının müdafiəsi haqda işçi qrupu, regionlar şurasını da ləğv edib.

Ukrayna prezidentinin rəsmi saytında olan məlumatda Azərbaycanla bağlı məqama da rast gəlinir. Belə ki, Pyotr Poroşenkonun sərəncamında Azərbaycandan Ukrayna ərazisi vasitəsi ilə enerji resurslarının daşınması marşrutları üzrə işçi qrupunun da ləğv edildiyi qeyd olunub.   

Bu addımların xidmətlərin optimallaşdırılması üçün atıldığı bildirilib.   

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır