Modern.az

Azərbaycan hərbçiləri Ukraynaya gedəcək

Azərbaycan hərbçiləri Ukraynaya gedəcək

3 Sentyabr 2014, 02:03


ABŞ Müdafiə Nazirliyi Ukraynadakı hərbi təlimlərdə iştirak etmək üçün 200 hərbi qulluqçusunu bu ölkəyə göndərəcək.

Modern.az İTAR-TASS-a istinadən xəbər verir ki, “Sürətli üçbaşlı əsa” adlı  hərbi təlimlərdə NATO-ya üzv və üzv olmayan dövlətlər iştirak edəcək.

ABŞ silahlı qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Qreqori Xiks bildirib ki, təlimlər əvvəlkilər kimi olacaq.  

Təlimlərə Azərbaycandan, Kandadan, Gürcüstandan, Almaniyadan, Moldovadan, Polşadan, Litvadan, Latviyadan, Rumıniyadan, Böyük Britaniyadan 1100-dən çox hərbçi cəlb olunacağı gözlənilir.   Təlimlərin 16-26 sentyabr tarixlərində olacağı  planlaşdırılır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir