Modern.az

Dünyanın dini xəritəsi: Xristianlar, müsəlmanlar, yəhudilər - Kim daha qocadır? - STATİSTİKA

Dünyanın dini xəritəsi: Xristianlar, müsəlmanlar, yəhudilər - Kim daha qocadır? - STATİSTİKA

Ölkə

3 Sentyabr 2014, 08:43

Dünyada hər 10 nəfərdən 8-i özünü müəyyən dini qrupla əlaqələndirir.

Modern.az saytının məlumatına görə, Pyu Araşdırmalar Mərkəzi 200-dən artıq ölkədə din və ictimai məsələlərlə bağlı keçirdiyi qlobal araşdırma zamanı 7,1 milyard sakini olan dünyada 5,9 milyard nəfərin (84%) dini inanclı olduğunu müəyyən edib.

Araşdırma Mərkəzi müxtəlif vaxtlarda keçirilən 2500 siyahıyaalma və qeydiyyat sənədlərini əsas götürərk, Yer kürəsi sakinlərinin əqidəsi barədə dəqiq informasiya toplayıb.

Pyu Araşdırmalar Mərkəzinin məlumatına görə dünyada inanclı insanların sayı aşağıdakı kimidir:

– 2,2 milyard xristian (dünya əhalisinin 32%-i), 1,6 milyard müsəlman (23%), 1 milyard induizm ardıcılı (15%), 500 milyon buddist (7%), 14 milyon yəhudi (0,2%) və daha 400 milyon müxtəlif dünyəvi və milli dinlərə inanan insan (6%) yaşayır.

–58 milyon insan (1%) bəhailik, caynizm, sikxizm, daosizm, tenqri və Zərdüşt dininə sitayiş edir.

– hər 6 nəfərdən 1-i (1,1 milyard nəfər, yaxud 16%) heç bir dini qrupa aid deyil. Bunun sayəsində onlar dünyada 3-cü (xristian və müsəlmanlardan sonra) ən böyük qrup sayıla bilərlər. Heç bir dini qrupa daxil olmayan insanlar bununla belə, müəyyən dini, yaxud mənəvi inanca (Tanrıya, ali ruha və s.) sahibdir.

Coğrafi yerləşmə

Sırf coğrafi baxımdan dini qrupların yayılma arealı xeyli fərqlidir. Məsələn, Asiya-Sakit okean regionunda bir neçə dini qrup sıx məskunlaşıb. İnduistlərin 99%-i, buddistlərin 98%-i, milli və mənəvi din nümayəndələrinin 90%-i bu regionda yerləşib.

Asiya-Sakit okeanı regionu dünya müsəlmanlarının 62%-nin evidir. Daha 20% müsəlman Yaxın Şərq və Şimali Afrikada, 16% isə Böyük Səhradan cənubda yaşayır.

Digər çoxsaylı dini qruplardan xristianlar dünya xəritəsində bərabər bölünüblər. Belə ki, dünya xristianlarının 26%-i Avropada, 24%-i Cənubi Amerika və Karib dənizi hövzəsində, 24%-i isə Böyük Səhradan cənubda məskunlaşıb.

Dünya yəhudilərinin isə 44%-i Şimali Amerikada, 41%-i Yaxın Şərq və Şimali Afrika regionunda yaşayır.

Yaşadıqları ölkədə çoxluq ya azlıq olmaları

Dünyada hər 4 nəfərdən 3-ü, yaxud 73%-i öz dini inanclarının hakim olduğu ölkələrdə yaşayırlar. Yalnız 27% sakin yaşadığı ölkədə dini azlıqdır. Əksər vaxtlar induistlər və xristianlar mütləq çoxluq təşkil etdikləri ölkələrdə yaşayırlar. İnduistlərin 97%-i çoxluq təşkil etdikləri 3 ölkə - Hindistan, Nepal və Mavritaniyadadır.

Hər 10 xristiandan 9-u isə (87%) 157 xristian ölkəsindən birinin sakinidir.

Bir qədər geridə qalan müsəlmanların 73%-i, dini mənsubiyyəti olmayanların isə 71%-ı yaşadığı ölkədə çoxluq təşkil edir. Müsəlmanlar dünyanın 49 ölkəsində, ö cümlədən Yaxın Şərq və Şimali Afrikadakı 20 ölkənin 19-da çoxluğa malikdir.
Dini inancı olmayanlar isə 6 ölkədə Çində, Çexiya Respublikasında, Honq-Konqda, Estoniyada, Şimali Koreyada və Yaponiyada çoxluq sayılır.

Yerdə qalan dinlərin ardıcılları isə azlıq təşkil etdikləri ölkələrdə yaşayırlar. Məsələn, hər 10 buddistdən 7-si (72%) ölkəsində dini azlıq kimi mövcuddur. Yalnız 28% buddist öz dini inanclarının hakim olduqları ölkələrdə - Butan, Myanma, Kamboca, Laos, Monqolustan, Şri-Lanka və Tailandda yaşayır.

İsrail iudazimə inanan yəhudilərin mütləq çoxluq təşkil etdiyi yeganə ölkədir. Burada özünü qeyri-ənənəvi dinlərlə və inanclarala identifikasiya edən 1 nəfər də yoxdur.

Yaş tərkibi

Bəzi dinlər daha gənc yaş tərkibi ilə seçilirlər. Adətən inkişaf etməkdə olan ölkələrdə əhali daha gənc yaş tərkibinə malikdir. Yaşlı tərkibə malik ölkələrə isə inkişaf etmiş ölkələr və Çin daxil edilir. Yer kürəsi sakininin orta yaşı 28-dir. Lakin müsəlmanlarda (orta yaş 23) və induistlərdə (orta yaş 26) yaş göstəricisi dünya standartlarından daha gəncdir. Xristianlarda orta yaş – 30, digər dinlərin nümayəndələrində – 32, qeyri-ənənəvi dinlərdə və inanclarda – 33, dini mənsubiyyəti olmayanlarda və buddistlərdə isə 34-dür.

Yəhudilərdə orta yaş 36-dır və ən gənc dini qrup olan müsəlmanlardan 13 yaş daha qocadırlar.

 Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir