Modern.az

Müxalifət toplantı keçirdi

Müxalifət toplantı keçirdi

Təhsil

3 Sentyabr 2014, 14:24

Sentyabrın 3-də KXCP qərargahında siyasi partiyaların toplantısı olub. Modern.az-ın məlumatına görə, toplantıda KXCP, Musavat, ADP, Ümid, Azadlıq, Böyük Azərbaycan, VİP, İslam, Liberal Demokrat, AXP iştirak edib. Toplantıda demokratiyanı müdafiə haqqında xartiya imzalanıb. Xartiyada siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təsisi bəyan edilib. Xartiya siyasi partiyalar tərəfindən imzalanmağa açılıb.

Vicdan və siyasi məhbusların müaiyənəsi və müalicəsi üçün beynəlxalq tibbi komissiyanın yaradılması barədə Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Baş prokurorluq, ATƏT, Avropa Şurası, Avropa Birliyi və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət qəbul edilib.

 17 sentyabr 2014-cü il tarixində, Azərbaycan Demokrat Partiyasının qərargahında, saat 12-də siyasi partiya, QHT, media, gənclik hərəkatı nümayəndələrin və beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda demokratiyanın vəziyyəti mövzusunda  ümumrespublika  konfransının keçirilməsi barədə qərar qəbul edilib. Konfransın işçi qrupu yaradılıb.

Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin  komissiyalarının nümunəvi əsasnaməsi müzakirə edilib və qəbul edilib.

Azadlıq qəzetinin əməkdaşı Seymur Həzinin həbsi,  Milli Şuranın üzvü Eldəniz Quliyevə, KXCP sədr müavini Oqtay Qüləliyevin hədd buluğa çatmamış oğlu əleyhinə cinayət işi açılması pislənib. Ölkə başçısı İlham Əliyevin Azərbaycan müxalifətinin xaricdən maliyyələşməsi barədəki ittihamları və Prezident Adminstrasiyasında KİV rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirəyə dair bağlı müraciət hazırlanması qərara alınıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!